Nazir ona yüksək vəzifə verdi

0
395

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr dəyişikliyi olub.

Elşən Allahverdiyev qurumun tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Bu barədə E.Allahverdiyev özü məlumat verib.

Qeyd edək ki, o, bundan əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi vəzifələrində çalışıb.

Xatırladaq ki, Prezident İlham Əliyev “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncamla MBNP ləğv edilib.