NƏHƏNG YANĞINDA QORXUNC MƏNZƏRƏ: ALOV BURULĞANI – Video

0
152
Nəhəng yanğında qorxunc mənzərə: Alov burulğanı -

Avstraliyada tarixin ən böyük yanğınlarından biri hələ də davam edir.

“Haber Global” xəbər verir ki, alovlar meşələri və yaşayış sahələrini bürüdüyü bir zamanda qorxunc bir görüntü kameralara tuş gəlib.

Belə ki, sosial şəbəkələrdə paylaşılan videoda yanğın və güclü küləyin təsiri ilə əmələ gələn alov burulğanı əks olunub.

Videonu çəkən və paylaşan Brendon Devis adlı yerli sakin qeyd edib ki, gün ərzində bir neçə dəfə belə qorxunc görüntülərlə qarşılaşıb.