MSK mətbuat qrupunun tərkibini dəyişdirdi

0
139

Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibində dəyişiklik edilib.

Bu barədə MSK-nın bu gün keçirilən iclasında bildirilib.

Qeyd olunub ki, bir sıra KİV-lər bununla bağlı MSK-ya müraciət edib.

Buna görə də mətbuat qrupunun tərkibində dəyişiklik edilməsi zərurəti yaranıb. Təklif edilib ki, “ANS” telekanalı, “Olaylar” və “Gündəlik Teleqraf” qəzetləri qrupun tərkibindən çıxarılsın, “Azad Azərbaycan” TV, “Real” Təhlil və İnformasiya Mərkəzi (“Real” TV), “Report” İnformasiya Agentliyi və “Gündəlik Teleqraf” MMC-nin nümayəndələri MSK nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibinə daxil edilsin.

Təklif səsə qoyularaq qəbul edilib.