Milli Paralimpiya Komitəsində I vitse-prezident işdən azad olundu

0
116

Milli Paralimpiya Komitəsində (MPK) bundan sonra I vitse-prezident vəzifəsi olmayacaq.

MPK-da 7 dekabr 2012-ci ildən vitse-prezident, daha sonra 8 fevral 2013-cü ildən I vitse-prezident vəzifələrində çalışan Natiq Qasımov işdən azad edilib.

MPK martın 17-də 63 yaşını qeyd edəcək Natiq Qasımovla yolları qarşılıqlı razılıq əsasında ayırıb. Bu gün saat 12:00-da komitə rəhbərliyi Qasımovla görüşərək, ona uğurlar arzulayacaq.

Qeyd edək ki, MPK bu siyasəti ölkə başçısı İlham Əliyevin gəncləşdirmə siyasətinə uyğun olaraq atıb. Qurum gələcəkdə də bu siyasətə uyğun olaraq addımlar atmağı planlaşdırır.

39 yaşlı İlham Zəkiyev və 42 yaşlı Yaşar Hacıyev vitse-prezident, o cümlədən, 41 yaşlı Kamal Məmmədov baş katib vəzifələrində işlərini davam etdirəcək. I vitse-prezident vəzifəsi isə ləğv olunacaq.