Koronavirus Rusiyaya da ayaq açdı

0
186

Koronavirus Rusiyaya da ayaq açdı

Rusiyada koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Bu barədə Rusiya Baş Nazirinin müavini, virusla mübarizə üzrə əməliyyat qərargahının rəhbəri Tatyana Qolikova məlumat verib.

Onun sözlərinə görə, koronavirusa iki Çin vətəndaşı yoluxub.

Virusa yoluxma halına Zabaykalsk diyarı və Tümen vilayətində rast gəlinib.

Qolikova qeyd edib ki, Rusiya hökuməti vətəndaşlarını infeksiyanın yayıldığı yerdən, Çinin Uhan şəhərindən təxliyə etməyə başlayır. Bundan əlavə, Rusiya Monqolustan ilə keçidi məhdudlaşdıracaq və Rusiya Federasiyasında yaşayış icazəsi olan Çin vətəndaşlarını buraxılış məntəqələrinin girişində karantinə götürəcək.

İstehlakçı hüquqlarının müdafiəsi və insanın rifahına nəzarət üzrə Federal Xidmətin (“Rospotrebnadzor”) rəhbəri Anna Popovanın sözlərinə görə, hər iki şəxsin vəziyyəti stabildir, klinik təzahürlər və temperatur yoxdur.

Xatırladaq ki, daha əvvəl Rusiyanın Sankt-Peterburq və Moskva şəhərlərində koronavirusa yoluxma halları barədə mediada məlumatlar getsə də, daha sonra həmin faktlar təsdiqini tapmamışdı.