Kamera xətası sosial medianı bir-birinə vurdu – VİDEO

0
154

Qapıdan çıxan kişi işıq zolağında yoxa çıxıb. İnanılmaz hadisə evin qarşısına quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınıb.

Hadisənin ABŞ-ın Texas ştatının Portere şəhərində baş verdiyi bildirilib.

Kadrlardan görünür ki, kişi cığırla getdiyi yerdə yoxa çıxıb.

Kadrları görən sosial şəbəkə istifadəçiləri onun “yadplanetlilər” tərəfindən oğurlana biləcəyi ehtimalını irəli sürüblər.

Lakin bir müddətdən sonra ev sahibləri görüntülər barədə şərh verərək, kamerada yaranan nasazlıqla əlaqədar belə bir effektin yarandığını bildiriblər.