İranda təyyarənin vurulma anını videoya çəkən şəxs saxlanıldı

0
410

İranda təyyarənin vurulma anını videoya çəkən şəxs saxlanıldıİran İslam İnqilabı Keşikçiləri Korpusu Tehranda Ukrayna beynəlxalq hava yollarına məxsus təyyarənin raketlə vurulduğu anı videoya çəkən şəxsi saxlayıb. Bu barədə “Fars” agentliyi məlumat yayıb.

Müəllifin tutulmasından sonra araşdırma planlaşdırılır və nəticəsi sonradan açıqlanacaq.

Xatırladaq ki, “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də Tehrandan havaya qalxdıqdan iki dəqiqə sonra vurulub. Göyərtədəki 176 nəfərin hamısı ölüb.

Rəsmi Tehran təyyarənin səhvən İran hərbi qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.