İdmançı finişə bir saniyə qalmış qələbəni qeyd etdi və uduzdu – VİDEO

0
135

İdmançı finişə bir saniyə qalmış qələbəni qeyd etdi və uduzdu - VİDEOUqandanı təmsil edən yüngül atlet Yakob Kiplimo Braziliyada keçirilən yarış zaman finişə çatmamış qələbəyə sevinməyə başlayıb və uduzub.

“Twitter”də yerləşdirilən videorolikdən görünür ki, Kiplimo rəqibi keniyalı Kibivott Kandidən cəmi bir saniyə geri qalıb.

Kiplimo finiş xəttinə yaxınlaşarkən əllərini yuxarı qaldırıb, lakin bu zaman keniyalı uqandalını ötüb. Beləliklə də, Kandi 15 kilometr məsafəni 42 dəqiqə 59 saniyə ərzində qət etməklə yeni rekorda imza atıb.