Həyəcan yaşamaq istəyərkən öldü

0
139
Həyəcan yaşamaq istəyərkən öldü

Rusiyada Omsk şəhərinin sakini tübinqdən (şar vasitəsilə qarda sürüşmə) istifadə zamanı həlak olub.

REN TV Omsk vilayətinin İstintaq Komitəsinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, hadisə Sovet Mədəniyyət və İstirahət Parkının xizəksürmə yolunda baş verib.

Zərərçəkən yolun kənarına yerləşdirilən beton dirəklə toqquşub. Kəllə-beyin xəsarətləri ilə xəstəxanaya yerləşdirilən qadın səhəri gün orada vəfat edib.

Omsk şəhər administrasiyasından bildirilib ki, hadisənin baş verdiyi marşrut tübinqdə hərəkət etmək üçün nəzərdə tutulmayıb.