General Türkiyəyə qarşı cihad elan etdi

0
183
General Türkiyəyə qarşı cihad elan etdi

Hakimiyyəti ələ keçirmək üçün müharibə aparan qiyamçı Liviya Milli Ordusunun komandanı, general Xəlifə Həftər Türkiyənin bu ölkəyə hərbi kontingent göndərmək qərarına cavab olaraq cihad elan etdiyini bildirib. 

Xəlifə Həftər liviyalılara videomüraciətində belə deyib.

Qeyd edək ki, Liviya Milli Razılıq Hökuməti Türkiyə hökumətinə müraciət edərək hərbi yardım istəyib. Hökuməti buna Həftərə tabe olan qüvvələrin paytaxt Tripoliyə havadan, qurudan və dənizdən hücumları vadar edib.

Türkiyə parlamenti isə hərbçilərin Liviyaya göndərilməsinə dair razılaşmanı təsdiq edib. “Bu gün cihad və ümumdünya səfərbərliyi elan edirik. Həm kişilər, həm qadınlar, hərbçilər və mülki şəxslər silahla təmin olunacaqlar”-Xəlifə Həftər belə deyib. Qiyamçı general bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ordusunu ölümlə göndərib.