Ev İDMAN “Gənclər günü” ilə bağlı müsabiqə elan edilib

“Gənclər günü” ilə bağlı müsabiqə elan edilib

0
281
"Gənclər günü" ilə bağlı müsabiqə elan edilibGənclər və Idman nazirliyi yeni müsabiqə elan edir.

 

Müsabiqə 2 fevral Azərbaycan gəncləri günü ilə əlaqədar loqotipin hazırlanması üçün nəzərdə tutulub. Nazirlikdən dizayner, rəssam, yaradıcı gənclərin diqqətinə çatdırılıb ki, loqotip məhz 02.02.2020 tarixini əks etməlidir: Təkliflər 18 yanvar 2020-ci il tarixədək qəbul olunur. İşlər.jpg və cdr formatında mysgovaz@gmail.com elektron ünvanına “Loqo 2020” başlığı ilə göndərilməlidir. Seçilmiş loqotipin qalibinə 1000 manat dəyərində pul mükafatı və diplom təqdim ediləcək.