“Ehtiyat planet” axtarışında – Yer kürəsinin bənzəri axtarılır

0
140

Kosmos, arxiv şəkliYer kürəsində baş verə biləcək mümkün potensial ekoloji fəlakətlər və əhali sayının artımı ilə əlaqədar gələcəkdə bəşəriyyət “ehtiyat planetə” ehtiyac duyacaq.

ABŞ Kosmik Agentliyinin (NASA) yeni “HabEx” teleskopu şəraitinə görə Yer kürəsinə bənzəyən planetlərin axtarışı ilə məşğul olacaq. Layihənin dəyəri 7 milyard dollardan çox qiymətləndirilir.

Yer kürəsində baş verə biləcək mümkün potensial ekoloji fəlakətlər və əhali sayının artımı ilə əlaqədar gələcəkdə bəşəriyyət “ehtiyat planetə” ehtiyac duyacaq. Bu məqsədlə “NASA” belə göy cisimlərinin axtarışı üçün teleskop təklif edib: “Habitable Exoplanet Observatory” (HabEx) adlı missiya məhz şəraiti Yerdəkinə yaxın planetləri axtaracaq.

“Bizim məqsədimiz həyatı dəstəkləyə bilən planeti axtarmaqdır. Tərəfimizdən Günəş sistemindən kənar bir neçə planetin identifikasiya edilməsinə baxmayaraq indiyədək onların heç birində həyat üçün zəruri elementlər aşkarlanmayıb. “HabEx” missiyası bizə bu işin öhdəsindən gəlməyə kömək edəcək”, – “NASA” əməkdaşı və Ohayo Universitetinin elmi əməkdaşı Skott Qaudi bildirib.