Dolların 2020-ci ildəki aqibəti bəlli oldu

0
513
<span style=color:#e74c3c>Dolların 2020-ci ildəki aqibəti bəlli oldu</span>
ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) 2019-cu ilin əvvəlindən bu yana faiz dərəcələrinə həsr olunmuş 8 görüş keçirib. 

Bu haqda beynəlxalq araşdırma fondlarının dolların gələcək məzənnəsi ilə bağlı araşdırmasında qeyd olunub. Araşdımada 2020-ci ildə FES-in növbəti dəfə dolların uçot dərəcəsini aşağı çəkəcəyi proqnozlaşdırılıb. Bu isə 2020-ci ildə də dollarının bahalaşmayacağı anlamına gəlir.

Qeyd edək ki, FES 2019-cu ildə keçirdiyi iclasların 4-də faiz dərəcəsi sabit saxlayıb, qalanlarında isə azaldılması ilə bağlı qərar verib. Bununla da dolların uçot dərəcəsi 2.25-2.5%-dən mərhələlərlə 1.5-1.75%-ə qədər aşağı salınıb.