Bayramda aldığınız kilolardan qurtulmaq üçün: 8 SADƏ ÜSUL

0
123

Yeni ili xüsusi süfrələr başında qarşılayan insanlar çox yemək və içməkdən təzə ilin ilk günündə köp və həzmsizlik kimi mədə problemləri ilə qarşılaşırlar. 

Bayramın səhəri çəkinin artması bayram axşamındakı qidaların miqdarı və kalorisindən irəli gəlir.

Amma artıq dərəcədə yeyilən qidaları qısa zaman ərzində zərərsiz həll etmək mümkündür.

Doktor Ceyda Nur Çakın bayramdan sonra sağlam qidalanmağın yolları haqqında məlumat verib.

Həmin qaydaları təqdim edirik.

Həkimin dediyinə görə, gün ərzində hər saatda bir stəkan su içilməlidir. Su təzə nanə, limon və portağalla qarışdırılıb da içilə bilər.

Həzm prosesini yüngülləşdirmək üçün bir neçə gün günorta və axşam yeməyində zeytun yağı ilə bişmiş tərəvəz yeməkləri və ya mərci, noxud kimi qidalar yemək məsləhət görülür.

Gündə 3 dəfə süt və ya qatıq içmək olar. Bunlar orqnizmin kalsiuma olan ehtiyaclarını ödəyir.

Sadaladığımız bu qidalarla bərabər qəbul etdiyimiz bəzi qidaları ya azaltmalı, ya da uzaq durmalısınız:

Bunlar bayram süfrələrinin vazkeçilməzi olan məzələr, xüsusən mayonez, duzlu turşular, qızartma yeməklər, yağlı ətlər, salat sosları və quru meyvələrdir.

Həkim bayramın sabahı günü  xəmir yeməklərindən az istifadə etməyi tövsiyə edir. Xüsusən də quru meyvələrin yerinə 200-250 qram təzə meyvə yemək məsləhətdir. Çay və qəhvəni şəkərsiz içmək, makaron, plov kimi qidalardan uzaq durmaq məqsədəuyğundur.

Bayram axşamı yeyilən xeyli yemək və içkilərin sayəsində bağırsaqda olan xeyirli bakteriyaların sayı azalır. Bu da köp, qəbizlik, ishal, mədə narahatlığı kimi hallara yol açır. Bunun qarşısını almaq üçün yeni ilin ilk günlərində mütəmadi olaraq gündə bir stəkan kefir içmək məsləhətdir.

Bədəndə yaranan xoşagəlməz şişkinliklərdən qurtarmaq üçün bu 8 qaydaya əməl edilməlidir:

1.Sağlam qidalanmaq lazımdır. Bunun üçün ilk növbədə heyvan mənşəli yağlardan və duzdan istifadə azaldılmalı, çoxlu su içilməlidir.
2.Hazır şorba, bulyon, qovrulmuş çərəzlər, turşu kimi duzlu qidalardan istifadə olunmamalıdır.
3. Səhər yeməyində istifadə etdiyiniz pendir və zeytun duzludursa, suda saxlayın. Kolbasa, sucuq, sosis, basdırma kimi qidalardan uzaq durmaq lazımdır.
4.Çəkinizə uyğun olaraq hər kiloqrama 30 ml. su için. Məsələn, 50 kiloqram ağırlığınız varsa, 1500 ml su içməlisiniz.
5.Hər yeməkdə mövsümünə uyğun olaraq yaşıl tərəvəz məhsullarına üstünlük verin. Salatlarda da bu göyərtilərdən istifadə edin.
6. Şəkər və dadlandırıcılar əlavə edilmiş meyvə suları ilə kofein tərkibli qazlı sulardan uzaq durun.
7.Kalium ilə zəngin tərəvəz və meyvələrlə bitki çayları da narahatedici şişkinliklərdən xilas olmağa kömək edir. Cəfəri, xiyar, kivi, ispanaq, ananas kimi göyərti və meyvələrin qarışımından da arabir istifadə etmək məsləhətdir.
8.Gündə 2 fincan yaşıl çay içmək metabolizmanı  sürətləndirir və artıq çəkilərdən qurtarmağa kömək edir. Lakin xronik xəstəliyi olanlar və ya mütəmadi dərman atanlar bu qarışımları istifadə etmək üçün mütləq həkimlə məsləhətləşməlidirlər.