Bakıda zəncirvari qəza baş verib, xəsarət alanlar var – FOTO

0
135

Bakının Nərimanov rayonunda 5 avtomobil toqquşub.

Hadisə Ziya Bünyadov prospektində baş verib.

“Nissan” markalı avtomobili arxadan gələn “Volkswagen”, ona isə ardınca “Mercedes” markalı iki avtomobil çırpılıb.

Qəza zamanı iki sərnişin xəsarət alıb.