Bakı metrosunda problem: Sərnişin qatarın hərəkətinə mane oldu

0
154

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

Hadisə metronun “Elmlər Akademiyası” stansiyasında baş verib.

“Həzi Aslanov” – “Dərnəgül” xətti üzrə hərəkətdə olan qatar stansiyaya çatanda sərnişinlərin qatarı tərk etməsi bildirilib.

“Bakı Metropoliteni” QSC-nin mərbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib.

O bildirib ki, metronun Elmlər Akademiyası stansiyasında yeni qatarların birində problem yaşanıb:

“Qatarda olan sərnişinlərdən biri “acil çıxış” düyməsinə basıb. Bu səbəbdən stansiyaya daxil olan qatarın qapıları bağlanmayıb. Boş qatar “İnşaatçılar” stansiyasına yollanıb. Orada yaranmış problem aradan qaldırılıb. Qatarların intervalında gecikmə olmayıb”.