AZAL ABŞ-a uçuşları müvəqqəti dayandırıb

0
120

“Azərbaycan Hava Yolları” QSC fevralda Bakıdan ABŞ-ın Nyu-York şəhərinə uçuş həyata keçirməyəcək.

Bu barədə saytımıza Heydər Əliyev adına Beynəlxalq Hava Limanından bildirilib.

Məlumata görə, fasiləyə səbəb bu istiqamətdə aviareysə tələbatın az olmasıdır. ABŞ-a uçuşlar martdan bərpa ediləcək.