Azərbaycanda – koronavirusla bağlı İşçi Qrupu yaradıldı

0
150

Azərbaycanda koronavirusla bağlı bu gün İşçi Qrupu yaradılıb”.

Bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov bildirib.

O deyib ki, İşçi Qrupuna Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) kimi qurumların nümayəndələri daxildir:

“Bu qurumlar bir-birləri ilə əlaqəli işləyirlər”.

Xatırladaq ki, İşçi qrupun yaradılması ilə bağlı qərar yanvarın 28-də Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün keçirilən müşavirədə qəbul olunub.