Altsheymer xəstələri unutduqlarını xatırlayacaq

0
377

Unutqanlıq bu xəstəliyin ən önəmli göstəricisidir. Altsheymer xəstəliyinin tam müalicəsi hələki tapılmasa da, bu yöndə bir çox araşdırmalar gedir.

Türkiyə Altsheymer Dərnəyinin həyata keçirdiyi bir layihə nəticəsində xəstələrin sevdiyi qoxular ətirə çevrilir. Bu ətirlər xəstələrə keçmişi xatırlatmağa çalışır.

Zaman keçdikcə hər şeyi unudan altsheymer xəstələri üçün hazırlanan bu proses “Unutma seni” adlanır. Bu haqda məlumat verən professor Başar Bilgiç bildirib ki, bu xəstəlik qoxularla sıx bağlıdır. Çünki qoxular yaddaşımızdan asanlıqla silinmədiyi və uzun müddət unudulmadığı təsdiq olunub.
Bu səbəblə də, xəstənin yaxınlarını bir araya toplayaraq onlarda ortaq bir qoxu müəyyən edib layihə üçün yeni ətirlər hazırlayacayıq. Bu ətirlərin təsir gücünü artırmaq üçün yaddaş və diqqəti artıran sitrus meyvələrinin ətrindən də istifadə olunacaq.

Professorun sözlərinə görə layihə hələ ki, sınaq müssətindədir. Əgər gözlənilən nəticəni ala bilsələr, onun əhatə dairəsini daha da genişləndircəklər.