AFFA-nın Hesabat-Seçki Konfransının vaxtı açıqlandı

0
175

AFFA-da seçkilər yanvarın 28-də keçiriləcək.

Bu barədə AFFA İcraiyyə Komitəsinin keçirilən iclasından sonra AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

AFFA İcraiyyə Komitəsinin Hesabat-Seçki konfransı 28 yanvarda baş tutacaq. Məhz bundan sonra yeni İcraiyyə Komitəsinin iclası olacaq və burda millinin baş məşqçisi məsələsi müzakirə ediləcək. Həmçinin orda AFFA prezidenti yeni vitse-prezidentləri və baş katibi təyin edəcək.

Qeyd edək ki, bu gün AFFA-nın Növbədənkənar Konfransında qurumun Nizamnaməsinə əlavə və dəyişikliklər olunub. Bu dəyişikliklərə əsasən İcraiyyə Komitəsinin üzvlərinin sayı 11-dən 13-ə, vitse-prezidentlərin sayı isə ikidən dördə qaldırılıb.