ABŞ-ın İraqdakı səfirliyinə və aviabazasına raket atdılar

0
180
<span style=color:#c0392b>ABŞ-ın İraqdakı səfirliyinə və aviabazasına raket atdılar</span>

İraqın paytaxtı Bağdadda baş verən partlayışın təfərrüatları məlum olub.

Bu barədə Al-Arabiya xəbər yayıb.

Bildirilir ki, minaatan atəşi Al-Cadiriya ərazisində qeydə alınıb. Atəşlər nəticəsində 5 nəfər xəsarət alıb.

Bundan başqa, telekanalın məlumatına görə, Bağdadın şimalında yerləşən “Balad” hərbi hava bazası “Katyuşa” tipli iki raket atəşinə məruz qalıb. Bazadan ABŞ ordusunun istifadə etdiyi müəyyənləşdirilib.