2020-ci ilin ilk qarı bölgələrdə turist axınına səbəb oldu – VİDEO

0
223

Azərbaycanın bölgələrinə 2020-ci ilin ilk qarı yağıb.

Şamaxıda qarın yollardan təmizlənməsi üçün daxili yollara qartəmizləyən texnikalar və canlı qüvvə cəlb edilib. Şəhər mərkəzinə 10-15, dağlıq ərazilərə 20-25 sm qar yağıb. Qar ən çox rayonun Pirbəhli, Qızmeydan, Zarat və Dəmirçi kəndlərinə yağıb.

Əsas avtomobil yolları işlək vəziyyətdədir. Bakı-Şamaxı, Şamaxı-İsmayıllı və Ağsu aşırımı artıq qardan təmizlənib.

Ən çox qar isə Qubanın Xınalıq kəndində qeydə alınıb. Temperatur mənfi 9 dərəcəyədək enib.

Yağan qar Şimal bölgəsinə çoxlu sayda turisti cəlb edib. Qubadakı istirahət mərkəzlərində dincəlmək istəyən turistlərin əksəriyyəti daha çox Qəçrəş istiqamətində yerləşən istirahət mərkəzlərinə üz tutublar.