Əyləcdən istifadə etməyən sürücü avtomobilin arxasınca qaçdı – VİDEO

0
116
Türkiyənin Yozqat şəhərində yanacaqdoldurma məntəqəsinin avtomobil yuma hissəsində sürücünün əl əyləcini çəkməyi unutduğu maşın hərəkətə başlayıb.

Sürücünün arxasınca qaçmasına baxmayaraq, çatmadığı maşın E-88 şossesinə çıxıb.

Xoşbəxtlikdən bu vaxt yoldan başqa avtomobil keçməyib.

Sürücünün qaçaraq izlədiyi maşın nəhayət ki, öz-özünə yol kənarında dayanıb. Yalnız bundan sonra sürücü maşınına oturaraq, ərazidən uzaqlaşıb.

Baş verənlər yanacaqdoldurma məntəqəsindəki nəzarət kamerası tərəfindən qeydə alınıb. Həmin görüntüləri təqdim edirik.