Ziya Məmmədovun əmisi oğlu da vəzifəsini itirir

0
427
<span style=color:#e74c3c>Ziya Məmmədovun əmisi oğlu da vəzifəsini itirir</span>
Ziya Məmmədovun əmisi oğlu da vəzifəsini itirir

Xəbər verdiyimiz kimi, ötən gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, onun müavini Ramiz Tatarov və digər bir neçə vəzifəli şəxslər Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılıb. 

Bundan əlavə Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov da vəzifədə olduğu müddətdə nöqsanlara yol verdiyi ilə bağlı şübhələr yaranıb. Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilərək saxlanılıb.

Hesab olunur ki, icra başçılarının vəzifədə olduqları zaman yol verdikləri nöqsanlara görə saxlanılması digər rayon rəhbərləri üçün də ciddi xəbərdarlıqdır. İddia olunur ki, yaxın günlərdə Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov da tutduğu vəzifədən azad olunacaq. Buna səbəb isə dekabrın 19-da pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilmiş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin Mənsur Məmmədova sərt iradlarıdır. Həmin dioloqu təqdim edirik:

Prezident İlham Əliyev: 

-Ucar Rayon İcra Hakimiyyətinin başçısı məlumat versin, hazırda məhsuldarlıq nə üçün aşağı səviyyədədir?

Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov: 

-Cənab Prezident, … Siz qeyd etdiyiniz kimi, pilot layihələr rayonda tətbiq olundu və növbəti illərdə daha yüksək məhsuldarlıq olacaq.

Prezident İlham Əliyev: 

-Yox, növbəti illərdə, əlbəttə, daha yüksək məhsuldarlıq olacaq. Mən bunu soruşmuram, mən soruşuram, bu il nəyə görə məhsuldarlıq aşağı səviyyədə olub. Bu barədə məlumat verin.

Mənsur Məmmədov: 

-Cənab Prezident, bütün aqrotexniki tədbirlər görüldü. Ucar torpağının xüsusiyyəti bir qədər çətinlik yaratdı…məhsuldarlıq tam… pilot sahələrdə yeni texnologiya ilə daha yüksək məhsul götürüldü və göstərir ki, gələcəkdə ….

Prezident İlham Əliyev:

-Buna fikir verin, bu, dözülməz bir rəqəmdir. Əyləşin. Özü də qonşu rayonlarda məhsuldarlıq yüksəkdir. Misal üçün, Yevlax rayonunda 26,4 sentner və digər qonşu rayonlarda məhsuldarlıq daha yüksəkdir. 

Prezident müşavirədə həmçinin vurğulayıb ki, məhsuldarlığı zəif olan Hacıqabul və Ağsu rayonlarının icra başçıları dəyişdirildi, yeni icra başçıları təyin edildi. Qeyd edək ki, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun əmisi oğludur.

Görünən odur ki, onun rəhbəriyi dönəmində rayon iqtisadiyyatında, kənd təsərrüfatında heç bir irəliləyiş əldə olunmayıb. Bu isə ölkədə aparılan islahatlarla ayaqlaşmamaq deməkdir və ehtimal olunur ki,  yaxın günlərdə Mənsur Məmmədov da vəzifəsindən azad olunacaq.