“Bakı hücuma hazırlaşır, Kreml qarışmayacaq”

0
488

Qarabağda müharibə qaçılmazdır, çünki problem həll olunmamış qalıb.
Bu sözləri Moskva Siyasət və Təhlil İnstitutunun direktor müavini, tanınmış hərbi ekspert Aleksandr Xramçixin Ermənistan mətbuatına Qarabağ münaqişəsi ilə bağlı müsahibəsi zamanı deyib.
“Bakı hücuma hazırlaşır. Azərbaycan öz torpaqları saydığı Qarabağı qaytarmağı düşünür. Başqa variant yoxdur. Əgər bu baş versə, Moskva qarışmayacaq. Rusiya yalnız o halda Ermənistana kömək edə bilər ki, Azərbaycan Ermənistan Respublikası ərazisinə təcavüz etsin. Qeyd etmək lazımdır ki, Rusiya Ermənistana dəstək olsa, münaqişəyə dördüncü tərəf qoşulacaq – Türkiyə. Böyük bir müharibə başlaya bilər. Sonrası bəlli deyil. Hər şey müharibənin ssenarisindən aslı olacaq”, – deyə ekspert qeyd edib.