Türkiyədə zəlzələ ilə bağlı xəbərdarlıq: “Evinizdən çölə çıxın!”

0
98

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda 4,9, Kandilli ərazisində isə 5,1 bal gücündə zəlzələ baş verib.

Zəlzələ yaxın rayonlarda da hiss edilib.

İlk zəlzələdən 10 dəqiqə sonra 3,8 bal gücündə təkrar zəlzələ olub.

Mütəxəssislər vətəndaşlara bir saat evlərində çöldə qalmağı məsləhət görüb.

Hələlik itki barədə məlumat yoxdur.

Qeyd edək ki, dünən Türkiyədə ard-arda doqquz zəlzələ baş verib.