Türkiyədə 100-dən çox məktəbli zəhərləndi

0
87

Türkiyənin Çorum vilayətində məktəblilərin kütləvi zəhərlənməsi baş verib.
103 məktəbli xəstəxanaya yerləşdirilib. Onlardan 6 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Məktəblilərin nədən zəhərləndiyi barədə məlumat verilməyib.
Xatırladaq ki, bundan əvvəl, noyabrın 27-də Sakarya vilayətində 141 məktəbli zəhərlənmışdı.