Trampın illər əvvəl çəkildiyi bu səhnə filmdən çıxarıldı – Video

0
146

Trampın illər əvvəl çəkildiyi bu səhnə filmdən çıxarıldıABŞ Prezidenti Donald Trampın illər əvvəl çəkildiyi “Evdə tək-2: Nyu-Yorkda itmiş” filmi ilə bağlı qalmaqal yaşanıb.

Kanadanın CBS kanalı məhz həmin hissəni montaj edərək efirdə yayımlayıb. Filmin qəhrəmanı Kevinin lobbiyə girişlə bağlı Trampa sual verdiyi səhnənin ekran əsərindən çıxarılması siyasətlə əlaqələndirilib. CBS isə bu iddia ilə razılaşmayaraq 10 saniyəlik həmin səhnənin formata uyğun kommersiya vaxtını təmin etməsi səbəbindən kəsildiyini açıqlayıb.

Qeyd edək ki, Tramp bu yaxınlarda həmin filmdə çəkilməyin onun üçün şərəf olduğunu bildirmişdi.