Taksi qəza törətdi, piyada son anda xilas oldu – VİDEO

0
137
Bakıda baş vermiş qəza anı kameraya düşüb.

Hadisə paytaxtda təmir olunan küçələrin birində baş verib.

Belə ki, yolun bir tərəfi bağlandığı üçün avtomobillər müvəqqəti olaraq qarşılıqlı hərəkət ediblər.

Bu zaman “Mercedes 190” markalı taksi sürücüsü köməkçi yoldan çıxaraq sola getmək istəyib.

Sağdan gələn maşını gözləməyən taksi sürücüsü yola çıxan kimi onunla toqquşub.

Zərbənin gücündən qopmuş parçalar yolun ortasındakı arakəsmə səki ilə gedən piyada dəyib. Piyada son anda ağır xəsarət almaqdan canını qurtarıb.