Şokolad üçün mağazaya bıçaqla hücum etdilər

0
360

Naməlum şəxslər Moskvada yerləşən mağazalardan birindən iki min rubl (54.46 manat) dəyərində şokolad oğurlayıblar.

TASS xəbər verir ki, bu barədə Rusiya DİN-in Moskva şəhər idarəsi informasiya yayıb.

Hadisə dekabrın 22-də Volqoqrad prospektində yerləşən mağazada baş verib. Üç soyğunçu mağazanın menecerini bıçaqla hədələyərək mağazanı qarət ediblər.

Faktla bağlı “bir qrup şəxs tərəfindən silah və ya silah kimi istifadə edilə biləcək predmet tətbiq etməklə qarət törətmək” maddəsi ilə cinayət işi açılıb.