Rusiyada avtobus çaya aşdı – 18 ölü, 23 yaralı

0
153

Rusiyanın Zabaykal diyarında sərnişin avtobusunun körpüdən çaya aşması nəticəsində 18 nəfər dünyasını dəyişib, 23 nəfər yaralanıb. Yol-nəqliyyat hadisəsi bazar günü Moqoytuy-Sretinsk-Oloçi avtomobil yolunun 60-cı kilometrliyində qeydə alınıb.

Sretinsk-Çita marşrutu üzrə hərəkə edən avtobus sürücüsü 43 sərnişin daşıyırmış. Qəza nəqliyyat vasitəsinin ön təkərinin partlaması nəticəsində baş verib.

Hadisə yerinə xilasetmə qüvvələri, eləcə də iki ədəd “Mi-8” helikopteri cəlb olunub.