Ronaldu “üçüncü mərtəbə”dən qol vurdu – VİDEO

0
520

Çempionlar Liqasında elə də uğurlu çıxış etməyən ulduz futbolçu İtaliya A seriyasında ardıcıl 5-ci oyundur ki, rəqib qapıçıları məyus edir

 “Yuventus”un futbolçusu Kriştianu Ronaldu A seriyasının 17-ci turunda “Sampdoriya” matçının (2:1) 45-ci dəqiqəsində vurduğu qolla diqqət çəkib.

Portuqaliyalı hücumçu qol zamanı 71 sm tullanıb və başla zərbə endirdiyi anda 2.56 sm yüksəklikdə olub. Çempionlar Liqasında elə də uğurlu çıxış etməyən ulduz futbolçu İtaliya A seriyasında ardıcıl 5-ci oyundur ki, rəqib qapıçıları məyus edir.

Qeyd edək ki, 17 oyundan sonra “Yuventus” 42 xalla İtaliya çempionatında liderdir. 14 qarşılaşmada forma geyinən Ronaldu rəqib qapısından 10 top keçirməyi bacarıb.