Rayonlara üz tutanların nəzərinə: “Qiyməti süni artırırlar” – VİDEO

0
178

Bayram günləri ərəfəsində, istər bayram qabağı, istər bayram sonrası avtovağzallarda canlanma müşahidə olunur. Bu da özü ilə bir sıra narahatlıqlar gətirir.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Sərnişinlər bildirir ki, qiymətlər əvvəlkindən bahadır:

“Bayramdan istifadə edib qiyməti süni artırırlar, məcbur qalıb taksi ilə gəlirik. O da baha başa gəlir, 20-30 manat arası”.

Sərnişinlərin əksinə, avtobus sürücüləri heç bir qiymət artımının olmadığını deyirlər:

“Artım söhbəti yoxdur. Səlahiyyətli şəxslər avtobusun içərisinə daxil olub baxırlar, tək-tək bileti yoxlayırlar”.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova isə qeyd edib ki, qiymət artımı ilə bağlı hər hansı halın yaşanması mümkün deyil:

“Sərnişinlərin hər hansı bir problemi yaranarsa, neqativ halla qarşılaşarlarsa, mütləq 406-01-58və 406-01-59 nömrələri ilə əlaqə saxlayaraq məlumat versinlər. Sərnişinlər biletləri mütləq kassalardan alsınlar”.