Qatarın üstünə çıxan yeniyetməni elektrik cərəyanı vurdu – FOTO

0
125
Türkiyədə Tekirdağ şəhərinin Muratlı rayonunda qatarın üstünə çıxan yeniyetməni elektrik cərəyanı vurub.

14 yaşlı E.T. park vəziyyətində olan qatarın üstünə çıxaraq qollarını qaldırıb.

Bu zaman əlləri elektrik xətlərinə dəyən E.T.-ni cərəyan vurub.

İstanbulda xəstəxanaya çatdırılan yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma başlayıb.