Qani yenidən Prezident seçildi

0
343

Qani yenidən Prezident seçildiƏfqanıstanın müstəqil seçki komissiyası ölkənin indiki Prezidenti Məhəmməd Əşrəf Qanini sentyabr ayında dövlət başçısı vəzifəsinə keçirilən seçkilərin qalibi elan edib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Tolo News” xəbər verib.

Qeyd edilir ki, 2014-cü ildən bu postu tutan Qaniyə 923 868 seçici (50,64 %) səs verib. Onun əsas rəqibi, ökənin Baş Naziri Abdulla Abdulla 720 99 səs toplayıb (39,52 %).

Dövlət başçısı qərargahında səsvermənin nəticələri saxta adlandırılıb, seçki komissiyası qeyri-obyektivlikdə və indiki Prezidenti dəstəkləməkdə günahlandırılıb.