Qadını siqnal verdiyi üçün döydülər – VİDEO

0
112
Türkiyənin İstanbul şəhərində qadını siqnal verdiyi üçün döyüblər.

“Haber Global”ın məlumatına görə, Eyüpsultan ərazisində həkim olan Ş.A. siqnal verdiyi üçün bir sürücü onunla mübahisə edib.

Daha sonra həmin şəxs qadını döyüb.

Digər sürücülərin müdaxiləsi nəticəsində oradan uzaqlaşan sürücü H.H.B. saxlanılıb.

O, zərurət olmadan yolun hərəkət hissəsində maşını saxladığı üçün 108 lirə (31 AZN) cərimə olunub.

Hazırda polisin nəzarətində saxlanılan şəxs həbs edilməsi tələbi ilə məhkəmə önünə çıxarılacaq.