Qadın ərini aldatmaq üçün başqasının uşağını oğurladı

0
124

Tailandda Pxanqnqa şəhərinin sakini uşaq saldığını həyat yoldaşından gizlətmək üçün başqasının uşağını oğurlamaq qərarına gəlib.

“Mirror” xəbər verir ki, 27 yaşlı qadın 2019-cu ilin noyabrında uşaq salıb.

Bundan sonra həyat yoldaşından qorxan qadın özünü hamilə kimi qələmə verib. Bir ay sonra qadın doğuş bəhanəsi ilə doğum evinə gedib və burada yenicə qızları dünyaya gəlmiş ailə ilə tanış olub. Uşaqla gəzmək üçün ailəsindən icazə alan qadın onu qaçırıb və “öz qızını” ərinə göstərmək üçün evə gəlib.

Lakin qadının planı uğurlu alınmayıb. Onun körpəni qaçırması müşahidə kameralarına düşüb. Qadın elə həmin gün hadisələri təəccüblə izləyən ərinin gözləri qarşısında həbs olunub.

Körpəni qaçırdığını etiraf edən qadını beş ilə qədər həbs cəzası gözləyir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here