Prezidentimiz xalqın iradəsinə arxalanır

0
542


Respublika Parlamentinə seçkilər ərəfəsində ölkə prezidentinin və 1-ci vitse-prezidentinin Şahdağ Turizm Mərkəzində sadə insanlarla səmimi ünsiyyətdə olması ictimaiyyət nümayəndələrimiz tərəfindən böyük rəğbətlə qarşılanmışdır.Ölkədə seçki siyasətinin strategiyasının müəyyənləşdirildiyi bir vaxtda xalqın istək və arzularına söykənən İlham Əliyev və Mehriban Əliyeva xalqımızın seçimdə öz iradəsini nümayiş etdirməsi üçün onların yanında olmasını bir daha sübuta yetirmişdir. Bu isə ölkəmizin hər bir vətəndaşında həyatının rifah halının daha artıq yaxşılaşması istiqamətində əminlik və qürur hisslərinin artımı deməkdir.Son dövrlərdə əhalinin sosial vəziyyətin yaxşılaşdırılmasının ölkə siyasətinin əsas istiqamətinə çevrilməsi də bu artımın əsas səbəblərindən biridir.
Bu yolda əhalinin daha artıq sevdiyi və arxalandığı insanlarla birgə addımlamaq, mübarizə aparmaq və ictimai nəzarətə arxalanmaq arzusunu dəfələrlə bəyan edən İlham Əliyevin xalqın sadə nümayəndələrinin arasında tez-tez olması bu arzunun səmimiliyinə olan inamı günbəgün artırır.
Artıq hər kəsə məlumdur ki, xalqımızın böyük əksəriyyəti onları əhatə edən problemlərin səbəbini ölkə prezidentində deyil, bir çox rüşvətxor və qudurğan məmurlarda görür. Onların əməllərini sübuta yetirmək artıq xalqın ixtiyarına verilib, ictimaiyyətin nəzarətinə həvalə edilib.
Xalqın iradəsinə arxalanan ölkə prezidenti xalqın seçiminin də şəffaflığına və uğuruna nail olmaq üçün yorulmadan fəaliyyət göstərməklə yanaşı, şəxsi həyatını belə sadə insanlara həsr edir.
Bütün bunları görən hər bir ölkə vətəndaşı ibrət almalı, nümunə götürməlidir.

“ictimaixeber.az”