Prezident II Avropa Oyunlarının qalibinə mənzil bağışladı

0
145

Bu gün Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

Bəzi idman xadimləri və idmançılara fəxri fərman, bəzilərinə isə ev verilib.

Onlardan bəziləri məşhur simalardır. Məsələn, qeyri-olimpiya idman növlərinin inkişafında xüsusi xidmətlərinə Şahin Mahmudova (budo) və Ramil Əhmədova (pauerliftinq) fəxri fərman verilib.

Mənzil verilən idmançılar arasında bu il hərbçilərin Dünya Oyunlarında bürünc medal qazanmış Salman Əlizadə (boks), komandalar arasında Avropa çempionatında üçüncü yeri tutmuş millimizin üzvü Xanım Balacayeva (şahmat), dünya çempionatında eyni uğura imza atmış Emil Həsənov (sambo) və II Avropa Oyunlarının qalibi Asiman Qurbanlı (karate) var.

Həmçinin, “Neftçi”nin sabiq futbolçuları, veteranlar Vladislav Qədirov və Səməd Qurbanova da ev verilib.

Səbuhi Musayev