Polisdən qaçmaq üçün özünü binadan atdı – VİDEO

0
1044

Polisdən qaçmaq üçün özünü ticarət mərkəzinin ikinci mərtədəsindəki eyvandan yerə atıb. Hadisə Milad bayramı ərəfəsində Honkonqda etiraz aksiyaları zamanı yaşanıb.

Hadisə şahidlərinin çəkdiyi kadrlardan görünür ki, oğlan polislərin əlindən xilas olmaq üçün ora-bura vurnuxub, sonra isə şüşə baryerin üstündən tullanaraq özünü aşağı atıb.

Yerdə ağrılar içində qıvrılan gənci görən ətrafdakılar əvvəlcə mənzərədən şoka düşsələr də, sonra ona yardım etməyə çalışıblar.

Məlumata görə, tibb işçilərinin yardımından sonra etirazçı həbs olunub.

Qeyd edək ki, Honkonqdakı ticarət mərkəzlərindən birinə maral buynuzunda və maskada daxil olan bir qrup etirazçı aksiya keçirib. Onlar polislərə qarşı ticarət obyektlərində əllərinə keçən əşyaları atmağa başlayıblar, polislər buna qarşılıq olaraq rezin güllə və gözyaşardıcı qazdan istifadə edib.

Bundan başqa, bəzi nümayişçilər dəbdəbəli hotellərin yaxınlığında yerləşən ticarət mərkəzlərinə gedən yolları bağlayıblar.