Polisdən qaçarkən aeroportun yük bölməsinə girdi – VİDEO

0
96
Polis təqibindən qaçmağa çalışan 40 yaşlı Xuan Monsivis saatda 120 km/sürətlə idarə etdiyi “GMC Sierra” avtomobilini Florida ştatında Sarasota-Bradenton aeroportunun hasarına çırpıb, oradan isə baqajların alınması sahəsinə girib.

Hava limanının ərazisinə quraşdırılmış kameralar ekstremal anı qeydə alıblar.

Bu barədə “Fox-5” xəbər verib.

Polislərin məlumatına görə, xoşbəxtlikdən həmin vaxt ərazidə başqa adam olmayıb, qanun pozucusundan başqa zərərçəkən yoxdur.

Ciddi xəsarət alan Xuan Monsivis isə xəstəxanaya yerləşdirilib.

Aeroporta ümumilikdə 250 min dollardan (425 min AZN) artıq zərər dəyib.