Parlamentin buraxılması ilə bağlı redaksiya heyəti yaradıldı – ADLAR

0
578

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin buraxılması ilə bağlı qərarın hazırlanması üçün redaksiya heyəti yaradılıb.

Bu barədə  Milli Məclisin sədri Oqtay Əsədov məlumat verib.

O bildirib ki, redaksiya heyətinə parlamentin vitse-spikeri Bahar Muradova, deputatlar Əli Hüseynli, Fəzail İbrahimli, Səməd Seyidov və Sahibə Qafarova daxildir.