Nənənin başı söhbətə qarışdı, nəvəsini oğurladılar – VİDEO

0
136

Yaşlı qadının başı satıcı ilə söhbətə qarışan vaxt mühafizəçi geyimində olan kişi ərzaq arabasında əyləşən uşağı sakitcə götürərək aradan çıxıb. Hadisə Cənubi Afrikada, Kvazulu-Nata vilayətində ticarət mərkəzində baş verib.

“Dailyi Mail”in məlumatına görə, bu barədə kadrlar mağazanın müşahidə kamerası tərəfindən qeydə alınıb.

Videodan görünür ki, kişi onlardan aralandıqdan az sonra yaşlı qadın arabasına tərəf geri dönür və nəvəsinin orda olmadığını görərək haray salır.

O, bir az ora-bura vurnuxduqdan sonra çıxış qapısına tərəf gedir və başqa mağazaya yollanan mühafizəçini görür.

Kadrlardan görünür ki, bir neçə saniyədən sonra o, qucağında körpə ilə mağazaya qayıdır. Özünü ələ ala bilmir və əlləri ilə üzünü tutaraq ağlamağa başlayır.

Polis dərhal axtarışlara başlayıb. Məlum olub ki, o, mağazanın mühafizəçisidir. Kişi dərhal saxlanılıb. Ona qarşı “uşaq oğurluğuna cəhd” maddəsi ilə cinayət işi açılıb.