MSK 3 siyasi partiya ilə bağlı qərar verdi

0
178

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bir sıra siyasi partiyaların müraciətinə baxılıb.
MSK-nın iclasında Yeni Azərbaycan Partiyası, Ümid Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı məsələ müzakirə olunub.
Müzakirələrdən sonra müraciətlər səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək.