“Jara” ilk dəfə Soçidə keçiriləcək

0
137

“Jara” Beynəlxalq Musiqi Festivalı 2020-ci il 14 mart tarixində ilk dəfə Rusiyanın Soçi şəhərində keçiriləcək. Bu barədə “OK Magazine” nəşri xəbər verib.

Krasnaya Polyana kurortunda yerləşən “WOW Arena” meydançası festivalın üç mindən çox azarkeşini qəbul edəcək. Qonaqları məşhur rusiyalı ifaçıların iştirakı ilə əsrarəngiz şou gözləyir. Səhnədə Emin Ağalarov, Qriqori Leps, Sergey Lazarev, Yeqor Krid, CYGO, Diskoteka Avariya, Zvonki, Mari Kraymberi, Ciqan, Qlükoza, Jasmin və digərləri çıxış edəcək. Festivalın aparıcıları Yuliya Baranovskaya və Konstantin Tarasükdür.

Xatırladaq ki, gələn il beşinci “Jara” festivalı Bakıda 29 iyul – 2 avqust tarixlərində keçiriləcək.

Festivalın təşkilatçıları – Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio” və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.