İNK Ailəsinin Prezident İlham Əliyev cənablarına ad günü təbriki!

0
477

Möhtərəm Prezidentimiz!

Sizin çağırışınızla yaradılan, hazırda 113 vətəndaş cəmiyyəti təsisatını – ictimai birlik, QHT, gənclər təşkilatı, yazılı və yeni KİV, İnternet sayt, portal, elektron kitabxana, klubları sıralarında birləşdrən İctimai Nəzarət Koalisiyası adından anadan olmanız münasibəti ilə Sizi səmimi-qəlbdən təbrik edirik!

Azərbaycan cəmiyyətinin fəal üzvləri olaraq İNK-çılar Sizi Ümummilli Lider Heydər Əliyev siyasi-dövlətçilik məktəbinin çağdaş lideri və 55 milyonluq Dünya Azərbaycanlılarının rəhbəri olaraq qəbul edirik. Azərbaycandakı mövcud Ulu Öndər Heydər Əliyev siyasi-dövlətçilik irsinin layiqli davamçısı kimi ölkəmizin rəhbərliyində təmsil olunandan və Prezident seçiləndən bu yana respublikamızda aparılan uğurlu daxili və xarici siyasət, aparılan məqsədəyönlü fəaliyyət, xalqımızın rifahı naminə gördüyünüz nəhəng işlər, rəhbərliyiniz altında iqtisadi-sosial, multukultural-mədəni, ictimai-siyasi, demoktratik proseslərə yüksək səviyyədə qatqılarınız, son aylardakı yeniləşmə, dövlətçilik islahatları ilə bağlı atdığınız addımlar xalq tərəfindən, eyni zamanda dünyada yaşayan çoxmilyonlu soydaşlarımız arasında yüksək dəyərləndirilərək dəstəklənir.
Həyatınızın əsas hissəsini Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bütün sahələr və istiqamətlər üzrə möhkəmlənməsinə həsr etmisiniz. Azərbaycan tarixində silinməz izlər buraxan ulu nəslinizin layiqli davamçısı, eyni zamanda çağdaş tariximizin qızıl salnaməsini yazan Heydər Əliyev və Zərifə xanım Əliyeva ocağının şərəfli nümayəndəsi, xalqımızın böyük övladı olaraq sizin fəaliyyətiniz böyük ehtiram, sayğı, xalq məhəbbəti ilə qarşılanır, ictimaiyyətimizin mütləq əksəriyyəti, eləcə də biz İNK ailəsinin çoxminli üzvləri tərəfindən dəstəklənir. Fikrimizcə, öz ölkəsinin lideri üçün bundan böyük qiymət, dəyər xalq sevgisi ola bilməz!

Əziz İlham Heydər oğlu!

Azərbaycan Respublikasının l Vitse-Prezidenti Mehriban xanım Əliyeva və millətsevər ailə üzvlərinizlə cəmiyyətə nümunəvi ailə başçısı kimi özünüzün ismarıclarınızı mərhəmətli əməllərinizlə, əlillərə, kasıblara, qadınlara, şəhidlərə, yaşlılara yardımınızla, mədəniyyət-mənəviyyat sahələrinə diqqətinizlə, incəsənətə qayğınızla, uşaqlara sevginizlə çatdırırsınız!
Respublikamızın böyük hissəsini əhatələyən, eyni zamanda dövlətimizin geosiyasi maraqlarından irəli gələn qonşu ölkələrdə, Avropada şöbələri, nümayəndəlikləri olan İctimai Nəzarət Koalisiyası, onun əsas aparıcı təşkilatlarından sayılan Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi, Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyi, həmçinin şəbəkəmizin digər qurumlarının nümayəndələrinin – liderlərinin, çoxminli üzvlərinin, ictimai aktivistlərin, Sizin ictimai əsgərlərinizin ürəkdən gələn təbriklərini qəbul etməyinizi xahiş edirik. Bir daha ad gününüzü təbrik edir, sizə can sağlığı, ailə səadəti, məhsuldar dövlətçilik fəaliyyətinizdə daha da böyük uğurlar arzulayırıq!

Hörmət və dərin məhəbbətlə,

İctimai Nəzarət Koalisiyası Ailəsinin –
İNK-nın aparıcı təşkilatlarından Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi,
Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyi üzvləri.