Göyərtəsində sərnişinlər olan vertolyot radarlardan itdi

0
138

Havay adaları ərazisində göyərtəsində ikisi uşaq olmaqla, yeddi sərnişin olduğu vertolyot radarlardan itib.

Məlumatı “Hawaii News Now” telekanalı yayıb.

Hazırda Sahil Mühafizəsi Xidməti suda və quruda axtarış işləri aparır. Xidmətin nümayəndəsi Robert Koks bildirib ki, ərazinin məhdud görünməsi və küləkli hava səbəbindən axtarışların aparılması ləngiyir.

Vertolyot səs dalğalarını müəyyən edən lokator cihazı ilə təchiz olunub.