“Google” şirkəti 150 milyon avro cərimələnib

0
116
"Google" şirkəti 150 milyon avro cərimələnib

Fransa Rəqabət Təşkilatı axtarış botlarında reklam verənlərə qarşı ayrı-seçkilik etdiyinə görə internet nəhəngi “Google” şirkətini 150 mln. avro cərimələyib.
Məlumata görə, “Google” bazardakı dominant mövqeyindən sui-istifadə edib. Şirkət eyni zamanda Fransa Rəqabət Təşkilatının qərarına etiraz edəcəyini bildirib.

Xatırladaq ki, Fransa Milli İnformasiya və Azadlıqlar Komissiyası (CNIL) bu ilin yanvar ayında istifadəçilərin şəxsi məlumatlarının istifadəsi ilə bağlı dəqiq məlumat vermədiyi üçün “Google” şirkətini 50 milyon avro cərimə etmişdi.