Fasiləsiz 25 saat efirdə olan aparıcı rekord qırdı

0
158

Rusiyanın “Vsya Ufa” teleşirkətinin aparıcısı Denis Qaniyev canlı televiziya yayımında 25 saat keçirməklə “Ginnesin Rekordlar Kitabı”na düşüb.

“Regnum”un məlumatına görə, Qaniyev 28 dekabr saat 12:00-dan, 29 dekabr 13:00-a qədər fasiləsiz olaraq verilişə aparıcılıq edib.

“Ginnesin Rekordlar Kitabı”na düşmək üçün aparıcıya 24 saat kifayət etsə də, o daha bir saat efirdə qalmaq qərarına gəlib.

Canlı yayım zamanı aparıcı bir çox qonaq dəvət edib maraqlı mövzuları müzakirə edərkən, efirə Rusiya və dünyanın müxtəlif yerlərindən telefon zəngləri daxil olub.