Döyüləcəyindən qorxub maşını alış-veriş mərkəzinə sürdü – VİDEO

0
397

Londonun mərkəzi küçələrinin birində “Audi Q7” markalı maşın sürətlə geyim dükanına girib. Mağazaya quraşdırılmış müşahidə kameralarından əldə olunan görüntülərdə avtomobilin dalınca bir qrup əli dəyənəkli insanın qaçdığı görünür.

Kadrlarda tünd rəngli maşının son sürətlə səkiyə çıxdığı və orda bayram alış-verişi edən sakinlərin qorxu içində ətrafa dağıldığı görünür. Bu zaman əllərində beysbol ağacı olan bir qrup avtomobilin qarşısına keçərək sürücüyə hücum etmək istəyirlər. Lakin orda olanlar maşının digər tərəfindən qapını açaraq içəridəki şəxsləri aradan çıxarırlar.

Baş verənlərlə bağlı polis tədqiqatlara başlayıb.